Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanından çıxarılacaq.
"Kristal Tv" Repora istinadən xəbər verir ki, bu barədə Ermənistan mediasına yüksək vəzifəli mənbə bildirib.
Onun sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək.
Rəsmi şəxs bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, onun siyasi olduğunu deyib.
Qeyd edək ki, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir.
Ermənistan Milli Təhlükəsizlik Xidmətini məsələ ilə bağlı heç bir məlumatın olmadığını bildirib.
Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş 1992-ci ildə imzalanıb. Lakin bu müqavilədə hava limanı xidməti ilə bağlı bənd yoxdur.