Bu il Xocalı və Xankəndiyə də məcburi köçkünlər köçürüləcəklər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, 2024-cü ildə Xocalı şəhəri və rayonun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub. Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən 2024-cü ildə köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələri, eləcə də adıçəkilən ərazilərdə qeydiyyatda olan məcburi köçkünlərin sorğusu həyata keçirilir. Qeyd edilib ki, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görülür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparılır, köçürülmənin texniki-təşkilati məsələləri həll olunur. Xocalı şəhəri və rayonun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə həmin yerlərdə qeydiyyatda olan məcburi köçkünlər işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş, eyni zamanda yenidən inşa edilən bütün zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.
- USD : 1.7000
- EUR : 1.7488
- RUB : 1.6559
CANLI
Köçlə bağlı YENİLİK
- Xəbərlər
- 1 il əvvəl əlavə olunub

Xəbərə aid teqlər:
Oxşar xəbərlər
Şuşada bayram namazı qılınıb
10 ay əvvəlVideo Qusarda dağlıq ərazidə yanğın olub
1 il əvvəlVideo Ayda heyrətə gətirən toqquşma
2 ay əvvəlPremyer Liqa: "Sumqayıt" evdə qələbə qazanıb
1 il əvvəlBələdiyyə seçkiləri keçirilir - TÜRKİYƏDƏ
1 il əvvəl
Son xəbərlər
Foto Sevgi dolu müəllim, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
26 gün əvvəlOrucu arıqlamaq niyyəti ilə tutmaq olarmı?
2 ay əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun