"Tovuz Teleradio Company " MMC-nin təsisçisi və rəhbəri Quliyev Xəyal Sahib oğlu təhsil sahəsində göstərdiyi xüsusi xidmətləri nəzərə alınaraq döş nişanına layiq görülüb.
Kristal TV xəbər verir ki, Televiziya rəhbəri "Təhsil Forumu" Sosial Platformasının rəhbəri Emil Tağızadənin təsis etdiyi "Təhsil fəalı" medalı ilə təltif edilib. Sözügedən medal Respublikanın təhsil sahəsində göstərilən xüsusi xidmətləri olan şəxslərə təqdim olunur.
Bu gün Emil Tağızadə Televiziya rəhbəri Xəyal Quliyevə həmin medalı təqdim edib, ona bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Tovuz Teleradio Company " MMC-nin təsisçisi və rəhbəri Quliyev Xəyal Sahib oğlu 5 ildir Azərbaycan Respublikasının təhsil sektorunda müstəsna xidmətlər göstərib. Ölkənin müxtəlif regionlarında çalışan müəllimlərin fəaliyyətlərinin işıqlandırılmasında, onların geniş kütləyə təqdim olunmasında əlindən gələni etmişdir. Eyni zamanda rəhbərlik etdiyi televiziya xüsusi istedada malik şagirdlərin tanıdılmasına da önəm vermişdir.
Uzun müddətdir ölkənin ən qabaqcıl sosial platforması olan "Təhsil Forumu" ilə sıx əməkdaşlıq edən Kristal TV platformanın gördüyü işləri ictimaiyyətə çatdırmaqla məşğuldur. Təhsilverənlərin maarifləndirilməsində, dünyagörüşünün artırılmasında əvəzsiz rol oynayan beynəlxaq və fənlər üzrə təhsil forumlarının təşkili işlərində yaxından iştirak etmişdir.
Hazırda Telekanalın "Məktəb inciləri", "İnnovativ müəllim", "Azərbaycan müəllimi", "Müəllimlər otağı" kimi layihələr Azərbaycan Respublikasının təhsil sahəsinə verilən böyük töhfələrdir.