Maşın bazarında DURĞUNLUQ - avtomobillər ucuzlaşdı

Maşın bazarında DURĞUNLUQ - avtomobillər ucuzlaşdı

Kristal TV Milli.az saytına istinadən xəbər verir ki, ötən gün maşın bazarında sıxlıq müşahidə olunurdu. Maşın əlindən tərpənmək mümkün deyildi. Lakin, alıcılar çox az idi. Görünür, parkinqlərlə bağlı qərarlar, şəhərin mərkəzinə girişə qoyulan məhdudiyyətlər avtomobil bazarına ciddi təsir edib.

Bəzi avtomobillərin qiymətində kəskin artım, bəzilərində isə kəskin azalma var idi. Benzin mühərrikli ili köhnə olan avtomobillərin qiyməti aşağı idi. İli yeni, kiçik həcmli mühərrikli maşınların qiymətində artım müşahidə olunurdu. Bəzi avtomobillərin qiyməti isə şişirdilmişdi. Ümumiyyətlə, bazarda maraq daha çox "Hyundai" və "Kia"ya idi. Görünür, "Mersedes" artıq populyarlığını itirib. Bu modelin sadəcə el arasında "4 göz" və "Çeşka" kimi tanınan modellərinə baxılırdı, hansı ki, başqa ölkələrdə bu modelləri çoxdan yararsız adı ilə məhv ediblər.

Oxşar xəbərlər