Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.
Kristal Tv xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyinə dair məlumat təqdim olunub.
Bildirilib ki, notariusda barışıq əldə olunub və tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.
Daha sonra məhkəmə iddiadan imtina edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul edib.