Mərmərə dənizində 4,1 maqnitudada zəlzələ olub.
“Kristal Tv” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin verilənlərindən məlum olub.
Bildirilib ki, yeraltı təkanların dərinliyi 11,18 km olub. Bakı vaxtı ilə 00:53-də qeydə alınmış təbiət hadisəsinin ocağı Türkiyənin Yalova şəhərinin Çınarcık rayonunda 8,52 km məsafədə yerləşib.