Deputat Arzu Nağıyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri seçilib.
TNS xəbər verir ki, bu gün yeddinci çağırış Milli Məclisin ilk plenar iclasında parlamentin komitələrinə sədrlərin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Səsvermə nəticəsində Arzu Nağıyev komitə sədri seçilib.
Qeyd edək ki, iclasda digər komitələrin sədrləri və onların müavinləri də müəyyənləşib.
Qeyd edək ki, 2020-ci il fevralın 9-da baş tutan parlament seçimlərində Arzu Nağıyev 104 saylı Gədəbəy-Tovuz dairəsindən bitərəf qaydada namizədliyini irəli sürmüşdür. Nəticələrə əsasən Arzu Nağıyev 56,20% səslə Milli Məclisin deputatı seçilmişdir.[2] Milli Məclisin Müdafiə, təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsi, Əmək və sosial siyasət Komitəsi üzvüdür.[3] Həmçinin Azərbaycan–Gürcüstan parlamentləri ilə əlaqələr üzrə qrupunun rəhbəri,[4] Azərbaycan–Belarus, Azərbaycan–Estoniya, Azərbaycan–İsrail, Azərbaycan–Rumıniya, Azərbaycan–Slovakiya, Azərbaycan–Türkiyə və Azərbaycan–Venesuela parlamentləri ilə əlaqələr üzrə qruplarının da üzvüdür.[3]
5 iyun 2020-ci ildən Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının üzvüdür.[1][5]
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2023-cü ildə "Şöhrət" ordeni, 2024-cü ildə isə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.
Bizdə "Tovuz Teleradio Companyası" olaraq çox hörmətli Arzu Nəsib oğlu Nağıyevə yeni vəzifəsində yeni-yeni uğurlar arzulayırıq.