MİQ və Sertifikasiya üzrə müsahibəyə hazırlaşanlar üçün "Altstandartdan təlim nəticəsinin çıxarılması" mövzusu
MİQ və Sertifikasiya üzrə müdavimlərin müsahibə mərhələsinə hazırlaşdığı zamanda Kurikulum üzrə təlimçi Məmmədova Sevinc Rövşən qızı müəllimlərə dəstək məqsədilə YouTube platforması üzərindən müsahibə mövzularına uyğun dərslər paylaşır. Müəllimlərin ən çox çətinlik çəkdiyi, ehtiyacı olan və müsahibədə ən çox soruşulan suallardan biri olan "Altstandartların təlim nəticəsinin çıxarılması" mövzusunu hərtərəfli izah etmişdir. Geriyə planlama sxeminə əsasən altstandartdan təlim nəticəsinin çıxarılması, altstandartın iki hissəsi olması, bilik hissəyə əsasən mövzuların çıxarılması, bir altstandartdan nə qədər təlim nəticəsi çıxarılması və s. bu kimi müəllimlərin ən çox çətinlik çəkdiyi mövzular bir-bir izah olunmuşdur. Xüsusən təlimçilərin də çətinlik çəkdiyi bir mövzunu sadə , anlaşıqlı şəkildə izah etməsi və bütün detalları ən dərinliyinə qədər izahı müdavimləri daha da sevindirmişdir. Belə bir zamanda müəllimlərə dəstək olmasını buz də alqışlayırıq.
Dərsin izahını dinləmək üçün videomuzla tanış ola bilərsiniz .