Müəllimlər dərsi izah edərkən çox zaman mövzuları daha maraqlı və yararlı etmək üçün bir çox internet saytı və tətbiqlərdən faydalanırlar:
Kristsl Tv müəllim və şagirdlərin işinə yaraya biləcək internet saytlarını təqdim edir:
1.Gənclər: Scholastic Kids
Bu saytda şagirdlər(tələbələr) kitab təhlili və rəyləri yaza, təkliflər oxuya, izlədikləri materiallarla əlaqəli oyunlar yarada və müəllifləri tanıdan videolar izləyə bilərlər.
2.Kitablar: Book Wizard
Book Wizardda müəllimlər uşaqlara dərs izah edərkən istifadə edə biləcəkləri lazımi kitabları tapa və şagirdlərinin səviyyəsinə uyğun kitablardan istifadə edə bilərlər.
3.Yaradıcı layihələr : Crayola For Educators
Bu saytda, sinifdə tətbiq edə biləcəyiniz hər yaşa və səviyyəyə görə bir-birindən əyləncəli və rəngli fəaliyyətlər tapa bilərsiniz.
4.Günə yaxşı bir başlanğıc: Daily Starters
Gün başlayarkən yeni, əyləncəli məlumatlar üçün bu sayta baxa bilərsiniz.Həm əyləncəli məlumatlarla sizə ilham verir, həm də saytda verilən bəzi fikirləri sinifinizdə tətbiq edə bilərsiniz.
5.Məqalə: Education Northwest
Bu saytda həyata keçirdiyiniz təlim proqramı üçün materiallar, dərs planları və yazı təklifləri tapa bilərsiniz. Şagirdlərinizi qiymətləndirmək üçün xüsusi nümunələri də tapa bilərsiniz.
6.Lüğət: Wordsmyth
Bu saytda həm müəllimlər, həm də tələbələr (şagirdlər) internetə qoşulmadan xarici dildə bilmədikləri sözləri axtara, ana dilimizdə qarşılığını tapa bilərlər.
7.Riyaziyyat oyunları: National Library of Virtual Manipulatives
Burada hər yaş və səviyyəyə uyğun məzmun tapa bilərsiniz. Bir çox mövzuda hər hansı bir riyaziyyat teoremi haqqında oyunları kəşf edə və şagirdlərinizə oynamaq mümkündür.
8.Coğrafiya: Google Earth
Google Earth ilə sinifdəki tələbələrinizə coğrafi yerləri göstərə bilərsiniz. Saxara səhrasına gedə və oradan da Eyfel qülləsinə baş çəkə bilərsiniz.
9.Tarix: EDSITEment
Bu linki ziyarət edərək izah edəcəyiniz mövzu ilə bağlı bir çox mənbələr, video və fotolar tapa bilərsiniz.
10.Elm: National Science Teachers Association
Geologiya və astronomiya müəllimləri üçün çox sayda məqalə və düşüncənin yer aldığı bu sayt müəllimlərə mövzuları izah edərkən bir çox fərqli istiqamətdən faydalı materiallar təqdim edir.
11.Cari hadisələr : Scholastic News
Mövcud hadisələri tələbələrə(şagirdlərə) çatdırmaq üçün istifadə edə biləcəyiniz bu saytda, günümüzdə baş verən bir çox mühüm hadisə ilə bağlı video, foto və xəbər başlıqları yer alır.
12.Orta məktəb: Underlined
Bu saytda gənc yazarlar üçün müzakirə və tədqiqat mühiti mövcuddur və gənc yazarlara əsərlərini bölüşmək imkanı verilir.
13.Virtual səyahət: Smithsonian Education
Bu saytda, tələbələrinizə(şagirdlərinizə) izah etdiyiniz bir mövzu üçün ən son təşkil edilmiş sərgilərə baş çəkə və kitablardan oxuduğunuz müharibələri izlədə bilərsiniz.
14.Multimediya: Glogster
Glogster-də tədris zamanı istifadə edə biləcəyiniz çox sayda foto, video, animasiya və yazılı məzmun var. Bu saytdan istifadə edərək daha interaktiv və yaradıcı sinif mühiti yarada bilərsiniz.
15.İnteraktiv lövhə: SMART Exchange
Burada digər müəllimlərin tövsiyələrindən yararlana və ya öz yaradıcı fikirlərinizi onlarla bölüşə bilərsiniz.
Müəllif: Ayşən Mustafa