“Neftçi” – “Spartak” oyunu ləğv edildi

“Neftçi” – “Spartak” oyunu ləğv edildi

Bu gün keçirilməli olan "Neftçi" - "Spartak" (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.

Məlumata görə, bununla bağlı Bakı klubunun mətbuat xidməti xəbər yayıb. Bildirilib ki, buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır. "Neftçi" baş vermiş hadisəyə görə kədərləndiyini bildirib, başsağlığı verib. Qeyd edək ki, oyun üçün alınmış biletlər qaytarılacaq.

Oxşar xəbərlər