Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə, xəsarət alanların sayı 73 nəfərə çatıb.
“Kristal Tv ” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Andrey Kostin bildirib.
O, qeyd edib ki, artıq 19 ölüm faktı məlumdur. Ölənlər və yaralananlar arasında yerli sakinlər, həkimlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.
Kostin əlavə edib ki, faktla bağlı cinayət işi başlanıb.