Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili müxalifət nümayəndələrini plenar iclaslarda iştirak etməyə çağırıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə spiker jurnalistlərə açıqlamasında deyib.
“Müxalifətdən bir neçə məktub almışam ki, plenar iclasa qatılmayacaqlar. Onların işi müzakirələrdə iştirak etməkdir", - Ş.Papuaşvili bildirib.
Qeyd edək ki, Gürcüstan müxalifəti “xarici agentlər haqqında” qəbul edilmiş qanuna görə parlamentin iclaslarını boykot edib.