Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib.
“Kristal Tv ” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Bilirsiniz ki, Rusiya Prezidenti sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib", - D.Peskov ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasının bu il Rusiya-Ukrayna münaqişəsinin həlli üzərində işləmək niyyətində olması barədə məlumatı şərh edərkən bildirib.