Qanunsuz fəaliyyət göstərən ağac emalı sexi - AĞSTAFADA

Qanunsuz fəaliyyət göstərən ağac emalı sexi - AĞSTAFADA

Ağstafada polis əməkdaşları qanunsuz fəaliyyət göstərən ağac emalı sexi aşkar ediblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Qeyd edilib ki, ki, R.Aşurova məxsus sexə baxış zamanı oradan müxtəlif növ yaş halda kəsilmiş ağac gövdələri və emal olunmuş taxtalar aşkarlanıb. Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər