Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayevin martın 11-12-də Azərbaycana səfəri planlaşdırılır.
Xəbərə görə, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti açıqlama verib.
"Martın 11-12-də Prezident Kasım - Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək", - məlumatda deyilir.
Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi gözlənilir.