Rusiyada prezident seçkilərinə start verilib.
Məlumata əsasən, paytaxt Moskvada 2200-dən çox seçki məntəqəsi açılıb.
Ölkə üzrə seçki məntəqələri hər gün yerli vaxtla 08:00-dan 20:00-a qədər açıq olacaq.Seçicilər məntəqələrdə ya kağız bülletenlərlə ənənəvi qaydada, yaxud da elektron səsvermə terminallarından istifadə edərək səs verə bilərlər.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15, 16 və 17-si olmaqla ilk dəfə 3 gün ərzində baş tutacaq. Ölkə prezidenti postu uğrunda dörd namizəd - Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparacaq.