Sifarişli yazılara tökülən pullar…

Sifarişli yazılara tökülən pullar…

Sifarişli yazılara tökülən pullar…
Qərəzli münasibət, qeyri-obyektivlik, qeyri-peşəkarlıq, qeyri-sağlam rəqabət… Təəssüf ki, son zamanlar mətbuatda yayımlanan bəzi yazıların məğzi bunlardan ibarətdir. 
Ölkədə 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi davam edir. 54 saylı Mingəçevir seçki dairəsi üzrə deputatlığa namizəd Əmrah Həsənli müvafiq qanunvericiliyə uyğun olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə görüşlər keçirir, öz platformasını təqdim edir, onların problemlərini dinləyir və gələcəkdə görəcəyi işlərlə bağlı söhbətlər aparır. Necə deyərlər, elin gözü tərəzidir, aparılan ilkin sorğular namizədlər arasında üstünlüyün məhz Əmrah Həsənlidə olduğunu göstərdi. Əmrah Həsənlinin vədləri yalnız sözdə qalan namizədlərdən olmadığını anlayan seçicilər gənc namizədə səs verəcəklərini bəyan etdilər.   Lakin görünür, müstəqil dövlətimizdə aparılan təbliğat-təşviqat mərhələsində sağlam rəqabətdə üstünlük əldə edə bilməyənlər qarayaxma kampaniyasına baş vurmalı olub. Bəzi qeyri-obyektivlik və qərəzlilik nümayiş etdirən informasiya saytlarında gənc ziyalı, deputatlığa ən iddialı namizəd Əmrah Həsənlinin əleyhinə yazılan məqalələr bunu deməyə əsas verir. 
Sözügedən məqalənin ilk baxışdan jurnalist tərəfindən deyil, qeyri-peşəkar, kəmsavad bir şəxs tərəfindən qələmə alındığı açıq-aşkar görünür. Hər cümləsində orfoqrafik səhvlərə yol verilməsi, leksik, semantik nöqsanlar, əsaslandırılmamış, şər-böhtan xarakterli faktlar yazını oxunulmaz edir. 
Qərəzli münasibət – sözügedən yazının müəllifi qərəzli münasibət sərgiləyərək, Əmrah Həsənlinin nüfuzuna xələl gətirmək üçün öz məzhəbincə, əməlli-başlı baş sındırmalı olub. Onu digər namizəd Aydın Mirzəzadə ilə müqayisə edir, hətta Ə.Həsənlinin gələcək fəaliyyətini “proqnozlaşdırmaqdan” belə çəkinməyib.  
Qeyri-obyektivlik – müəllif hələ deputat seçilmədən xalqın vəkili olaraq nüfuz qazanan gənc namizədi gözdən salmaq üçün yalan yazmaqdan çəkinməyib. Yazıdan bir cümləni olduğu kimi təqdim edirik: “Əmrah Həsənli adlı bir oğlan məhəllə – məhəllə küçə – küçə gəzərək deyim yeridədirsə “əl öpməklə” məşğuldu”. Cümlənin yazılışındakı səhvlər bir yana qalsın, birincisi, sözügedən namizədin heç bir şəklində əl öpmək epizoduna rast gəlinmir. İkincisi, böyüklərin əlinin öpülməsi qınanılmamalı, məsxərəyə qoyulmamalıdır. Çünki böyüklərə hörmət dinimizdən gələn humanist bir addımdır. Əl öpmək də həmin hörmətin bariz göstəricisidir. Görünür, yazının müəllifi “müasirlik burulğanında boğulan” hörmətdə qüsur etməkdən çəkinməyən biridir. 
 Qeyri-peşəkarlıq – yuxarıda qeyd olunduğu kimi, məqalədəki N sayda səhvlər bunun bir jurnalist tərəfindən yazılmadığını göstərir. Üstəlik, hər bir media subyekti bilməlidir ki, KİV-də obyektivlik əsasdır. Burada şəxsi fikir yürütmək, tərəf tutmaq, şəxsi nüfuza xələl gətirən məlumatları hər hansı kütləvi informasiya vasitələrində yaymaqla qanuna zidd addım atmış olur. əks halda, zərər görmüş şəxs lazımi addımlar ata bilər. Yazıdan bir cümləyə nəzər yetirək: “Çünki bu adamın etdiyi kiməsə təbliğat kimi gələ bilər amma mən məsələyə başqa mövqedən baxıram”.
Namizəd sözünün yazılışını belə bilməyən bu şəxsin (məqalədə “namizət” kimi qeyd olunub) məqaləsi hansı əsasla, nə haqla işıqlandırıla bilər?! Düzdür, media müstəqildir, amma qanunları tapdalamamaq şərtilə ….
Qeyri-sağlam rəqabət – sözügedən sərsəm məqalə qeyri-sağlam rəqabətin göstəricisidir. Yazının sonunda xalqa müraciət edərək, əmr şəklində onlardan tələb olunur ki, Əmrah Həsənliyə inanmasınlar və bunu öz təbirlərincə, gələcək “proqnozları” ilə əsaslandırırlar. 
Məqalədə həmçinin qeyd edilir ki, Əmrah Həsənli Mingəçevirdə yaşamayıb, şəhid ailələri, qazilərlə görüşməyib. Bu, necə həqiqətə uyğun olardı ki, gənc yaşında demək olar ki, bütün mingəçevirlilərin sevgisini qazanıb?! Bundan başqa, doğma şəhərinin hər küçəsinin probleminə bələddir.    
Qeyd edək ki, bu yaxınlarda mətbuata açıqlama verən Mətbuat Şurasının sədri Rəşad Məcid Milli Məclisə seçkilərin media tərəfindən obyektiv işıqlandırılmasının zəruriliyini vurğulayıb. Görünən odur ki, bəzi informasiya saytları qanunlar çərçivəsində obyektiv məqalələr yayımlamaq yerinə, müəyyən “şirinlik” qarşılığında sifarişli, jurnalistlik peşəsinə xələl gətirən məqalələrin işıqlandırılmasına üstünlük verirlər. 
Əziz seçicilər! Təbliğat-təşviqat kampaniyası müddətində sizin düzgün seçim etməyinizi əngəlləmək üçün bu cür çirkin addımlar atanlara əhəmiyyət verməməyiniz, SİZİN ÜÇÜN SİZDƏN BİRİ olan namizəd Əmrah Həsənliyə dəstək olmağınız xahiş olunur.   
P.S. Hörmətli namizədlər! Özünüzü gülünc hədəfinə çevirən yazıların yayımlanmasına tökdüyünüz pulları xeyriyyə işlərinə sərf etmək daha məqsədəuyğun olardı. Ona görə ki Mingəçevirdə bu cür işlərə çox ehtiyac var. 
Aymirə Ağamirova 
Xüsusi olaraq Kristal TV üçün

Oxşar xəbərlər