Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyada Silahlı Qüvvələr Günü münasibətilə Seulda keçirilən hərbi paradı "mənasız təlxəklik" adlandırıb.
BiG.AZ xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
"Seuldakı hazırkı oyunlar haqqında bir neçə kəlmə desəm, bu "parad" sadəcə mənasız təlxəklikdir. Bu, sanki bir dəstə vəhşi itin heç bir iz qoymadan çayın üstündən keçməsinə bənzəyir", - siyasətçi qeyd edib.
Kim Yo Conqun sözlərinə görə, Seul "Cənubi Koreyanın birbaşa ABŞ-dan asılılığını nümayiş etdirən bu paradın nə qədər utancverici olduğunu" hələ dərk etməyib. O, izah edib ki, Respublika Silahlı Qüvvələrinin bayramında tədbirin əsas personajı Amerikanın strateji bombardmançısı The Rockwell B-1 Lancer olub.(publika.az)