Somalinin qərbində Efiopiya ordusunun onlarla hərbçisi radikal “Aş-Şabab” qruplaşmasının yaraqlıları ilə şiddətli döyüşdə həlak olub.
"Kristal Tv"in məlumatına görə, bu barədə "Reuters" hərbi toqquşmanın baş verdiyi ərazidə Rab-Dhure şəhərinin sakinlərinə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, döyüş ağır silahlardan istifadə edilməklə aparılıb. Rab-Dhure Somali ilə Efiopiya sərhədində yerləşir.
Öz növbəsində Somalinin xəbər portalı “Garowe” bildirib ki, Efiopiya ordusunun karvanı pusquya düşüb və 167 hərbi qulluqçu həlak olub.