Tailandın şərqindəki Çaçenqsau əyalətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində Çinin 5 vətəndaşı ölüb.
“Kristal Tv ” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi Çinin Tailanddakı səfirliyinə və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Tailandın Mülki Aviasiya İdarəsindən verilən açıqlamada qeyd edilib ki, qəzadan əvvəl “Thai Flying Service” aviaşirkətinə məxsus olan “Cessna Caravan C208B” təyyarəsi Banqkokdakı Suvarnabhumi hava limanındakı hava hərəkətini idarəetmə mərkəzi ilə əlaqəni kəsib.
Təyyarə ölkənin cənub-şərqindəki Trat vilayətinə uçurdu. Təyyarədə Tailand və Çin vətəndaşları olmaqla 7 sərnişin və iki ekipaj üzvü olub.
“Khaosod” qəzetinin məlumatına görə, təyyarənin qalıqları axtarış-xilasetmə əməliyyatı zamanı manqrov meşəsində aşkar edilib.