Tayvan və Böyük Britaniya genişləndirilmiş ticarət tərəfdaşlığı haqqında saziş imzalayıblar.
“KristalTv ” xəbər verir ki, bu barədə Tayvanın İcra Yuanı (nazirlər kabineti) yanında Ticarət Danışıqları İdarəsi məlumat yayıb.
Saziş videokonfrans rejimində imzalanıb. İdarənin məlumatında qeyd edilib ki, sənəd “Tayvan və Böyük Britaniya arasında uzunmüddətli iqtisadi və ticarət əlaqələri üçün möhkəm zəmin yaradacaq”. Həmçinin vurğulanıb ki, saziş “Avropa ölkələri üçün Tayvanla ticarət əlaqələrini yaxşılaşdırmaq üçün nümunə ola bilər”.