Son vaxtlar Azərbaycanda “TikTok”a qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacağı ilə bağlı məlumatlar yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, milli dəyərlərimizə zidd olan videolar, canlı yayımlar tiktokda bloklanacaq. Həmçinin, özünü normal apara bilməyən yayımçılar nəzarətə götürüləcəklər. Bundan başqa, hesaba oturan jetonları rəsmi qaydada, vergi ödəməklə birbaşa banklardan çıxarmaq olacaq.
Lakin “TikTok” Azərbaycan seqmentində yeni şərtlərlə bağlı məlumatları təkzib edib. Bu barədə şirkətdən məlumat verilib. “Yeni şərtlərlə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir”, - şirkətdən deyilib.