Tovuz şəhər Adil Qasımov adına tam orta məktəbin uğurları

 Tovuz şəhər Adil Qasımov adına tam orta məktəbin uğurları


Son 20 il ərzində Azərbaycanın mərkəzi şəhərlərindən tutmuş ən ucqar kəndlərinədək ümumilikdə, 3 min 600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub.
Bu işlərin həyata keçirilməsində, şübhəsiz, dövlət başçısı Ali Baş Komandan İlham Əliyevin xidmətləri müstəsnadır. Məhz onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, dövrün tələblərinə uyğun genişmiqyaslı islahatlar nəticəsində ölkənin iqtisadi potensialı əhəmiyyətli dərəcədə artıb. Bu, ölkəmizdə digər sahələr kimi müasir təhsil quruculuğu istiqamətində də uğurlu addımlar atılmasına şərait yaradıb. Güclü maddi-texniki baza yaratmadan təhsil sahəsində hansısa uğurlardan bəhs etmək mümkün deyil. Məhz təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi bu sahədə ciddi uğurların qazanılması və ölkənin elmi potensialının gücləndirilməsi üçün əsasdır.
Belə məktəblərdən biri də Tovuz şəhər Adil Qsımov adına tam orta məktəbdir. Təhsil ocağının direktoru Zeynalova İlhamə Vilayət qızı hər zaman şagirdlərlə səmimi söhbətlər aparır, onların düzgün davranış qaydalarını aşılayır. 
Direktor müavini Şəhriyar Kazımovun Kristal TV-yə verdiyi məlumata əsasən, 26 müasir, təmirli sinif otağı olan məktəbdə hərbi kabinə, tədris proqramına və dərs vəsaitlərinə uyğun avadanlıqları olan  kimya-biologiya və fizika laboratoriyaları və kompüter otaqları var. Məktəb internetlə təchiz olunub. 
Rayonun ən qabaqcıl məktəblərindən olan bu məktəbdə yaradılan şərait şagirdlərin yüksək səviyyədə təhsil almalarına da imkan yaradıb. Belə ki, 2022-2023-cü  tədris ilində 11 sinfi  34 şagird bitirib ki, onlardan 10-u ali təhsil müəssisələrinə, 6 nəfər isə kolleclərə qəbul olub. Direktor müavini cari ildə də nəticələrin yüksək olacağına ümidlidir. Onun sözlərinə görə, 2023-2024-cü tədris ilində iki 11-ci sinif var, burada cəmi 35 nəfər şagird təhsil alır. Onlardan 8-i buraxılış imtahanında 200-dən yuxarı bal toplayıb. Digərlərinin də nəticələri pis deyil.  Ümumilikdə, bu il 20 şagirdin ali məktəbə qəbul olacağı gözləniləndir.
Bundan əlavə, sözügedən məktəbdə dövlət tədbirləri şagirdlərin möhtəşəm çıxışları ilə hər zaman yaddaqalan təşkil edilir. Bu isə onlarda vətənpərvərlik hissinin yüksək səviyyədə aşılanmasına hesablanıb. 
Qeyd edək ki, 672 şagirdin təhsil aldığı A.Qasımov adına tam orta məktəbdə təhsil verən müəllimlərin əksəriyyəti MİQ və sertifikasiyada yüksək bal toplamış müəllimlərdir.


Oxşar xəbərlər