Ermənistanın paytaxtı İrəvanda Respublika meydanından 1915-ci ildə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə məşəl yürüşü başlayıb.
"Report" bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Tədbirə Türkiyə və Azərbaycanın əleyhinə sərsəm bəyanatları ilə gündəmə gələn bəzi siyasətçilər, o cümlədən İşxan Saqatelyan və ölkənin 3-cü prezidenti Serj Sarkisyan qatılıb. Ermənistan mətbuatı dövlət və hökumət rəsmilərinin yürüşə qatılmadığı barədə məlumat verib.
Yürüşü bir sıra erməni media seqmentləri sosial şəbəkələrdə birbaşa olaraq yayımlayıblar. Kadrlardan göründüyü kimi, yürüşdə bir neçə iştirakçı Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirildiyi bir vaxtda bu addım bəzi qüvvələrin prosesə zərbə vurmaq istəyindən irəli gəlir. Həmçinin Saqatelyan və Sarkisyanın anti-Azərbaycan əhvali-ruhiyyəli siyasətçilər olduğunu nəzərə alsaq, belə bir təxribatın onların qatıldığı yürüş zamanı baş verməsi təəccüblü deyil.
Bizim Telegram kanalımıza