İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın nəticəsində 19 nəfər ölüb.
Bu haqda xarici informasiya vasitələri məlumat yayıb.
“Ölənlərin çoxu Pesisir-Selatan dairəsində tapılıb. Orada ümumilikdə 16 meyit aşkarlanıb, daha 7 nəfər itkin sayılır. Qalan ölənlər Pariaman dairəsində tapılıb”, – agentlik İdvandan sitat gətirib.
O qeyd edib ki, güclü axınlar 16 körpünü uçurub və batırıb, yolları bağlayıb və evləri dağıdıb ki, bu da zərərçəkmişlərə yardımı çətinləşdirib. İdvan vurğulayıb ki, əyalət hələ cümə axşamından bəri daşqından əziyyət çəkir, burada çaylar güclü yağıntılardan məcrasından çıxıb.