Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov əks-hücum əməliyyatlarının ləng getdiyini etiraf edib.
“kristal Tv” UNIAN-a istinadən xəbər verir ki, o, bunun obyektiv və subyektiv səbəblərinin olduğunu bildirib: “Amma əsas odur ki, ləngimələrə baxmayaraq, biz irəliləyirik. Biz yavaş irəliləsək də, geri çəkilmirik”.
K. Budanovun sözlərinə görə, Ukrayna üçün Qərb tərəfdaşlarının qiymətləndirilmələri əhəmiyyətli deyil.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.