İnkişaf etmiş ölkələr dünyada baş vermiş iqlim dəyişikliklərinə görə məsuliyyət daşıyırlar.
“Kristal Tv” xəbər verir ki, bu barədə Uqandanın Baş naziri Robina Nabbanca Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Uqandada istixana qazları tullantıları minimal olsa da (qlobal tullantıların cəmi 0,010 %-i), ölkə artıq ekstremal hava şəraitinin təsirini hiss edib:
“Uqanda təbiətlə bərəkətlidir, lakin indi ölkə tez-tez daşqınlarla üzləşir. Uqandanın bəzi hissələrində həddindən artıq quraqlıq, isti kimi ekstremal hava şəraiti müşahidə edilir. Bütün bunlar inkişaf etmiş ölkələrin həyata keçirdiyi emissiyaların nəticələridir”.