Vahid məktəbli geyimi ilə əlaqədar Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin direktorunun müsahibəsi

Vahid məktəbli geyimi ilə əlaqədar Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin direktorunun müsahibəsi

Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin direktoru Gülşən Məmmədəliyeva Nazirlər Kabinetinin məktəblilərin vahid forma ilə bağlı qərarına münasibətini bildirib:

"Bu qərar məni təkcə məktəb rəhbəri kimi yox, bir valideyn kimi də çox sevindirdi. Şagirdlər arasında bərabər imkanların carçısı olan bir  məktəb rəhbəri  kimi deyə bilərəm ki, bu qərarla biz şagirdlərin geyim ayrıseçkiliyi probleminə son qoyacağıq. Bütün şagirdlərin vahid formada olması həm səliqəli həm də gözoxşayan görünüşə səbəb olacaq.
Pedaqoji Şurada valideynlərlə baş tutan görüşümüzdə  valideynlərin də vahid forma məsələsinə olan isti münasibətləri, bu qərarı ürəkdən dəstəkləmələri, forma seçimində  fikir bölüşmələri və vahid qərara gəlmələri də  bu addımın uğurudur.
Məktəb rəhbəri kimi Nazirlər Kabinetinin bu qərarını dəstəkləyirəm. Gələcəyimiz olan uşaqların sağlam-psixoloji mühitdə yetişməsində atdığı bu addıma görə alqışlayıram. Növbəti tədris ilində tədbiq ediləcək vahid formaya keçid bərabər imkanların real müjdəçisidir.”
Kristal Tv


Oxşar xəbərlər