Qərənfil körpələr evi-uşaq bağçası

Qərənfil körpələr evi-uşaq bağçası

Xocalı qətliamından 32 il keçir
İllər keçsə də, xalqımız bu dəhşətli hadisəni unutmur. Çünki Xocalı soyqırımı tariximizin ən qanlı səhifəsidir.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Tovuz şəhərində fəaliyyət göstərən "Qərənfil" körpələr evi - uşaq bağçasında tədbir keçirilib. Tədbir iştirakçıları  əvvəlcə torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
         Daha sonra  Xocalı hadisələri haqqında geniş məlumat verilib. Bildirilib ki, ermənilər zaman-zaman Azərbaycan xalqının başına müsibətlər açmış, 32  il əvvəl isə, onların vəhşilikləri ən pik həddə çatmış, nəticədə, bütün dünyaya səs salan Xocalı Faciəsi baş vermişdir. Qeyd olunub ki,  XX əsrin sonunda törədilən Xocalı faciəsi  təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 
        Tədbirdə bağçanın fidan balaları da yaxından iştirak edərək, faciə  ilə əlaqədar səhnəciklər təqdim edib, şeirlər söyləyib, müxtəlif ədəbi-bədii  kompozisiyalar nümayiş etdiriblər.


Oxşar xəbərlər