Nanyanq Texnoligiya Universiteti inkişafa necə nail oldu?
Oxucularım üçün maraqlı olacağını düşünüb Nanyanq Texnologiya Universitetinin prezidenti, professor Subra Sureşin inaqurasiya mərasimindəki çıxışını təqdim edirəm. Hesab edirəm ki, bu çıxışda universiteti inkişaf etdirmək, onu dünya miqyasında tanıtmaq üçün bir konsepsiya görmək mümkündür. Subra Sureşi dinləyək:
Birinci məqsədimiz, Nanyanq Texnologiya Universitetinin nəhəng qlobal tədqiqat universitetinə çevrilməsidir.
20 il bundan əvvəl məni Sinqapur Milli Universitetinə və Nanyanq Texnologiya Universitetinə dəvət etdilər. Universitetlərin rəhbərliklərinin məqsədi bu idi ki, mən burada mühəndislik təhsilinin gələcəyi ilə bağlı konsepsiya hazırlayım. Mənim qarşımda dayanan tapşırıqlardan biri də bu idi ki, böyük qlobal tədqiqat universiteti haqqındakı suala cavab tapım. Bu sual bu gün Nanyanq Texnologiya Universiteti üçün olduqca aktualdır. Mən Nanyanq Texnologiya Universitetinin yerini harada görürəm, böyük qlobal universitet barədə mənim hansı fikirlərim var? Bu sual bu gün də mənim üçün öz əhəmiyyətini və vacibliyini qoruyub saxlayır (Çünki zaman sürətlə dəyişir. Cəmiyyət universitetlər qarşısında yeni-yeni tələblər qoyur. Bu gün aktual olan bir məsələ sabah artıq öz aktuallığını itirir. Universitet rəhbərliyi universiteti zamanın artan tempi ilə ayaqlaşdırmağı bacarmalıdır. Keçmişdə qalmaq, yeni ideyalar meydana qoymamaq, yeni tələblərlə işləməyi bacarmamaq tarixin arxivinə gömülmək deməkdir. B.M). (ardı var)
Böyükağa Mikayıllı.