Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin Fəaliyyət Planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi.
Məktəbin direktoru Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrət təhsilin keyfiyyətinin artırılması məqsədilə keçirilmiş dərs dinləmələrin nəticələri, təhlükəsizlik tədbirləri, qış rejimnə hazırlıq, monitorinq barədə kollektivi məlumatlandırdı.
Gündəlikdə duran digər məsələlər barədə direktor müavinləri Təranə Əliyeva, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Yaqut Əzimzadənin, təşkilatçı Fatimə Vəliyevanın hesabatları dinlənildi.
Müzakirələrin sonunda yeni qərarlar qəbul edildi və növbəti tədrislə bağlı müəllimlərə müvafiq tapşırıqlar verildi.