Yatanda yastığınızın altına 1 diş sarımsaq qoyun, bu xəstəliklərdən qurtulun

Yatanda yastığınızın altına 1 diş sarımsaq qoyun, bu xəstəliklərdən qurtulun

Sarımsaq xalq arasında təbii antibiotik kimi tanınır. Yeməklərə qatdığı ləzzətlə yanaşı, sağlamlığa da inanılmaz faydaları var. Təbii ki, ondan düzgün istifadə etmək də vacibdir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yastığın altına sarımsaq qoyub yatmaq, rahat yuxunu qarantiləyir.

Sarımsağın daxilindəki antibiotik təsiri olan "allisin" tıxanmış burnun açılmasına kömək edir. Antibakterial xüsusiyyəti də olan sarımsaq immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı qalxan yaradır.

Digər tərəfdən, böcəklər sarımsaq qoxusunu sevmir və yatağınıza yaxınlaşa bilməzlər. Yastığın altına sarımsaq qoymaq daha yaxşı yatmağınıza kömək edir. B1 vitamini və melatoninlə zəngin olan sarımsaq daha yaxşı yuxu üçün təsirli qidadır.

Oxşar xəbərlər