Rus qadınlarının xoşbəxtlik sirri

Rus qadınlarının xoşbəxtlik sirri

Beynəlxalq Qadınlar Günü ərəfəsində Rusiyanın "BIDOU" kosmetika brendi qadınlardan xoşbəxtliyin sirrini öyrənmək qərarına gəlib.

Şirkət "VKontakte" sosial şəbəkəsində sorğu keçirməyə başlayıb. İştirakçılardan "Qadın xoşbəxtliyi nədədir?" sualına doqquz cavab variantından üçünü seçmək istənilib.

Araşdırmada 2000-dən çox rusiyalı qadın iştirak edib. Cavablar üç varianta bölünüb. "Rusiya qadınlarının 61,55%-i üçün qadın xoşbəxtliyi ailə və uşaqlardan ibarətdir. Respondentlərin 49,33%-ni sevgi və hörmət xoşbəxt edir, respondentlərin 29,63%-i isə xoşbəxtliyi qadının özünü dərk etməsi ilə əlaqələndiriblər", - deyə sorğunun nəticəsində qeyd olunub.

Oxşar xəbərlər