Mütəxəssislərin viruslardan qorunmaq üçün insanlara daim qida rasionlarını diqqətdə saxlamağı məsləhət görürlər. Məhz qidalanma immuniteti gücləndirə və zəiflədə bilər. Onların fikrincə, qida mümkün qədər balanslı olmalıdır ki, sağlamlığa töhfə versin.
Hər şeydən artıq çəki və yüksək yağ qəbulunun bədənin qoruyucu funksiyalarını pozduğu vurğulanır. Ancaq bir çox qida məhsullarının rasionda olması infeksiyalara qarşı mübarizədə əla köməkçi sayılır.
Onlar hansılardır: Viruslarla mübarizədə hansı qidalar kömək edə bilər?
Onlardan biri kartofdur - Soyuq mövsüm boyunca çoxlu sayda insanın menyusundə olur və bu, təsadüfi deyil. Bu məhsul A, B1, B2, B5, B6, C, E, K vitaminləri, fol turşusu, kalium, kalsium, maqnezium, dəmir, yod, kobalt, manqan, mis, molibden, selen, flüor, sink, sodyumla və fosforla zəngindir.
Yerkökü- Mütəxəssislər daim yerkökü yeməyi məsləhət görürlər, çünki A, C, E, D, PP və digər vitaminlərlə zəngindir. İmmuniteti dəstəkləyir, bədənin müxtəlif mövsümi virus və bakteriyalarla mübarizə aparmasına kömək edir.
Acı bibər -bu tərəvəzdə, yüksək miqdarda olan kapsaisin (bibərə dad verən maddə) antivirus və xərçəng əleyhinə təsir göstərir. Mədədə problem yoxdursa, acı bibəri tez-tez yemək tövsiyə edilir.
Qeyd olunur ki, xüsusi olaraq D vitamini ilə zəngin olan qida məhsullarına da önəm vermək lazımdır. Kərə yağı, süd, pendir, balıq, yumurta sarısı başlıca olaraq D vitamini qaynağıdır.