Zelenski yeni silah ittifaqı yaradıldığını açıqlayıb

Zelenski yeni silah ittifaqı yaradıldığını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın silah və hərbi texnika istehsalçılarının qoşula biləcəyi ittifaqın yaradıldığını elan edib.

 

 Kristal Tv Report -a istinadən  xəbər verir ki, bu barədə Zelenski Kiyevdə keçirilən ilk Müdafiə Sənayesi Forumu zamanı bildirib.

 

“İlk beynəlxalq müdafiə sənayesi forumunda biz müdafiə sənayesi alyansı yaratdıq. Dünyanın hər yerindən silah və hərbi texnika istehsalçıları ittifaqın əsas bəyannaməsinə qoşula bilər”, - o deyib.

 

Prezidentin sözlərinə görə, artıq 13 şirkət bəyannaməni imzalayıb. O, silah alınması üçün fond yaradıldığını deyib. Qeyd edib ki, fondun büdcəsi dövlətin müdafiə aktivlərindən əldə edilən dividendlər və müsadirə edilmiş Rusiya aktivlərinin satışından əldə edilən gəlirlə doldurulacaq.

 

Zelenski, həmçinin bildirib ki, Ukrayna hərbi-sənaye kompleksi üçün xüsusi iqtisadi rejim hazırlayır.

 

Ukrayna Xarici İşlər Nazirliyindən verilən məlumata görə, forumda 26 ölkədən 165 şirkət iştirak edir.

Oxşar xəbərlər