“ Təhsildəsən” Forum – Sərgi Müasir Dövrün Müəllim Modeli

“ Təhsildəsən” Forum – Sərgi  Müasir Dövrün Müəllim Modeli

2023-2024 cü il Təhsil mövsümünün başlanğıcı ərəfəsində Təhsil sektorunda fəaliyyət göstərən pedaqoq və digər təhsil işçilərinin maarifləndirilməsi məqsədilə “ Təhsildəsən” adlı Forum – Sərginin keçirilməsi nəzərdə tutulmuşdur. Forumda Təhsildə ən son yeniliklərin və innovasiyaların tədrisdə tətbiqi və 21 ci əsr vətəndaşı yetişdirmək üçün müəllimlərin üzərinə düşən məsuliyyət və iş bölgüsü müzakirə olunacaqdır. Forumda Spiker kimi Təhsil sektorunun qabaqcıl təcrübəli mütəxəssisləri və eləcə də Xaricdəki təcrübələrini yerli müəllimlərlə bölüşəcək olan Beynəlxalq dərəcəli təlimçilər çıxış edəcəkdir. Forumda müxtəlif Spikerlərin çıxış mövzuları qeyri formal təhsil , Peşə Təhsilinin əhəmiyyəti , İxtisas seçimində vacib məqamlar , Emosional Zəka, öyrənmənin və öyrətmənin psixologiyası ətrafında olacaqdır. Forumla yanaşı Təhsil və Peşə Mərkəzlərinin 3 cü tanıtım sərgisi də keçiriləcək. Sərgidə Xaricdə Təhsil şirkətləri , İT və Dizayn dərsləri , eləcə də Peşə Təhsili tədris edən Mərkəzlər, Bağçalar , Xarici Dil kursları öz mərkəzlərini həm Təhsil sektorundan olan şəxslərə , həm də sərgi ziyarətçilərinə tanıda biləcəklər. Tədbirin Rəsmi açılış Mərasimi 29 Oktyabr 10;00 da keçiriləcəkdir. Tədbirin Təşkilatçıları Zəfər kursları , World Karyera və Peşə Mərkəzi və Reha Təhsil və Təlim Akademiyasıdır. Tədbirin Rəsmi tərəfdaşları sırasında Peşə Təhsili üzrə dövlət agentliyi , KOBİA , Özəl Təhsil Müəssisələri Assosiasiyası , Dövlət İmtahan Mərkəzi , AQSİA , TTKF , Təhsil Forumu və digər tərəfdaşlar vardır. Ümumi Tədbirdə 300 ə yaxın forum iştirakçısı və 3000 ə yaxın sərgi ziyarətçisi gözlənilir. Əvvəlki illərdə keçirilən tədbirlərdən video görüntü və foto şəkillər təqdim edirik. Daha ətraflı məlumatı aşağıdakı nömrədən əldə edə bilərsiniz: (+994) 55 674 72 30

Oxşar xəbərlər