Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. Bildirilib ki, BMU-nun rektoru Yaqub Piriyev yeni prorektoru kollektivə təqdim edib. Rektor BMU-nun beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrinin səmərəli şəkildə təşkili və genişləndirilməsi ilə bağlı vacib məqamlara toxunub, qoyulan hədəflərin həyata keçirilməsi ilə əlaqədar yeni prorektorun üzərinə düşən vəzifələri vurğulayıb. Öz növbəsində Ətrabə Gül ona göstərilən yüksək etimadı doğruldacağını, universitetin beynəlxalq sahədə inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Universitetə yeni prorektor təyin edildi
- Elm-təhsil
- 1 il əvvəl əlavə olunub

Oxşar xəbərlər
Son xəbərlər
Avropa İttifaqı Çindən qarşılıqlı addımlar gözləyir
10 gün əvvəlİlham Əliyev Vladimir Putinə başsağlığı verib
10 gün əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun