Azərbaycan Kuboku: "Turan Tovuz" yarımfinala yüksəldi

Azərbaycan Kuboku: "Turan Tovuz" yarımfinala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir klub müəyyənləşib.

Kristal Tv xəbər verir ki, "Turan Tovuz" buna nail olub.

Qərb təmsilçisi 1/4 final mərhələsinin cavab oyununda "Kəpəz"i iki cavabsız qolla üstələyib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn "Turan Tovuz" növbəti raundda iştirak hüququ qazanıb. Komanda yarımfinalda "Zirə" ilə üz-üzə gələcək.

 

Oxşar xəbərlər