Gürcüstan və Azərbaycanın müdafiə nazirləritəkbətək görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın hörmət və etimada əsaslandığı, bunun regionun təhlükəsizliyi və inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilib. Tərəflər həmçinin Gürcüstanın regional sülhün təşviq edilməsini nəzərdə tutan “Dinc Qonşuluq Təşəbbüsü”nə diqqət yönəldiblər.
Nazirlər Gürcüstan və Azərbaycanın müdafiə qurumları arasında intensiv ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. İrakli Çikovani qeyd edib ki, bu illər ərzində toplanmış böyük təcrübə həm Azərbaycanın, həm də Gürcüstanın müdafiə qüvvələrinin inkişafına töhfə verir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan öz potensialı ilə öz vətəndaşlarının daha yaxşı rifahını təmin etmək imkanına malik strateji tərəfdaşlardır.
Qeyd olunub ki, tərəflər müxtəlif məsələlərin müzakirəsi üçün mühüm vahid regional platforma olan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına da toxunublar.