Bu ilin ötən dövrü ərzində (yanvarın 1-dən indiyədək) Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.
"Report"un məlumatına görə, bu il doğulan oğlan uşaqlarına ən çox Uğur, qızlara isə Zəhra adı verilib
Belə ki, bu adlar sözügedən müddətdə müvafiq olaraq 1 488 oğlana və 1 044 qıza qoyulub.
Bundan başqa, 1 160 uşağa Əli, 1004-nə Yusif, 1 146 uşağa Hüseyn, 1 033 uşağa Zeynəb, 1 031 uşağa Məryəm, 951-nə Aylin, 777-nə Fatimə, 731-nə isə Mələk adı qoyulub