Azərbaycanın müdafiə naziri NATO-nun Baş katibi ilə görüşüb Martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində Y.Stoltenberq fəxri qarovulun önündən keçib, protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir 30 illik işğal və indiki dövrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən minatəmizləmə, bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan şərti sərhəddindəki cari vəziyyət barədə ətraflı məlumat verilib. Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
- USD : 1.7000
- EUR : 1.9741
- RUB : 2.1629
CANLI
Azərbaycanın müdafiə naziri NATO-nun Baş katibi ilə görüşdü
- Xəbərlər
- 2 il əvvəl əlavə olunub
Xəbərə aid teqlər:
Oxşar xəbərlər
Foto 20 Yanvar şəhidlərinin əziz xatirəsinə
2 il əvvəl
Son xəbərlər
Alma qabıqlarını atmayın! FAYDALIDIR
20 gün əvvəlBlogger nedir? Blogger Kimdir?
27 gün əvvəlOruc tutarkən mədə ağrısından qorunun
29 gün əvvəlGün ərzində neçə addım atmalıyıq?
1 ay əvvəlAZAL Naxçıvana birbaşa uçuşları bərpa edib
1 ay əvvəl“Fastfood” yaddaş üçün ciddi təhlükədir
1 ay əvvəl“Kinobox” və “Mahnı TV”yə lisenziya verilib
1 ay əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun