"Fənərbağça" "Neftçi" ilə oyundan öncə uduzub, "Srvena Zvezda" turnirin qalibi olub

"Fənərbağça" "Neftçi" ilə oyundan öncə uduzub, "Srvena Zvezda" turnirin qalibi olub

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan "Match TV" turnirində növbəti oyun keçirilib.

"Report"un məlumatına görə, Türkiyə "Fənərbağça"sı Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşıb.

Görüş İstanbul təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Turnirdəki hər 3 matçını qələbə ilə başa vuran "Srvena Zvezda" "Match TV" kubokunun qalibi olub.

Qeyd edək ki, "Fənərbağça" turnirdə sonuncu oyununu iyulun 15-də "Neftçi"yə qarşı keçirəcək.

Oxşar xəbərlər