Rusiyanın Moskva vilayətində Sovet İttifaqı Qəhrəmanının evi yanaraq kül olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sergiyev Posad şəhərində baş verib. Həmin ev general-polkovnik Dmitry Jerebinin gənclik illərində yaşadığı ev olub.
Binanın üzərində xatirə lövhəsi varmış. Evin qorunub saxlanılması və gələcəkdə burada sovet sərkərdəsinə həsr olunmuş muzeyin açılması planlaşdırılırdı.
Məlumata görə, evin sakinləri rəsmi şəkildə başqa yerlərə köçürülüb, tikili isə kommunal xətlərdən ayrılıb. Buna baxmayaraq, binanın daxilində bir neçə nəfər yaşamaqda davam edirdi.
Dmitri Jerebin Qızıl Ordu bölmələrinə rəhbərlik edərək Berlin döyüşü zamanı mühüm rol oynayıb. 1945-ci il aprelin 16-dan mayın 2-dək onun korpusu almanların bir neçə müdafiə xəttini yarıb və şəhərin mərkəzi hissəsinin ələ keçirilməsində iştirak edib. General hücum zamanı piyada qoşunları və artilleriyanın fəaliyyətini koordinasiya edib.
Kristal TV