Məşhur Solitaire oyununun Windows-dakı məqsədi nə idi?

Məşhur Solitaire oyununun Windows-dakı məqsədi nə idi?

Tarixin ən məşhur kompüter oyunlarından biri olan “Solitaire” ofisdə vaxt keçirmək üçün oynayırıq, lakin Microsot bu oyunu bir məqsədlə kompüterlərimizin içinə yerləşdirmişdi.

Microsoft 1990-cı ildə Windows əməliyyat sisteminin 3.0 versiyasını bazara çıxardı. Əməliyyat sisteminin içindəki oyunlardan biri də Solitaire idi. Klassik forması ilə 1700-cü illərdə inkişaf etdirilərn oyun ilk dəfə digital olaraq yayımlandı.

solitaire 1990
1990-cı illər hələ də kompüter dünyasını kəşf etməmiş dünya idi. Bu gün bizə qəribə gəlsə də, mouse istifadə eləmək hər insanın işi deyildi. Microsoft-un məqsədi isə Windows istifadəçilərinə mouse işlətməyi öyrətmək idi. Solitaire oyunu bunun üçün ideal idi. Mouse ilə kartları tutub çəkib, sonra da buraxıb yapışdırmaq… Məqsədi öyrətmək olan tək oyun Solitaire deyildi.

Digər oyunlar
Başqa bir populyar oyun isə Minesweeper “Mina tarlası” oyunu idi. Bu oyunda isə məqsəd maus ilə klikləmək və sağ və sol düymələri istifadə etmək idi.

Bununla da bitmir, Hearts və FreeCell oyunları da gizli məqsəd daşıyırdı. Heart istifadəçiləri Windows-un necə işlədiyini anlamaları üçün yerləşdirilmişdi. FreeCell isə 32-bit ilə 16-bit arasındakı uyğunluğu göstərməyi planlayırdı.

Bu gün 40-lı yaşlarda olanlar üçün nostaljik bir mənası olan Solitare, Minesweeper, Hearts və FreeCell əslində həyatımıza gizli məqsədlər üçün girmişdi. Hədəflərini isə səssiz və uğurlu şəkildə reallaşdırdılar.

Oxşar xəbərlər