Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya yeni hava hücumundan müdafiə sisteminin veriləcəyini elan edib.
Kristal Tv xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
"Mən bu gün məmnunluqla elan edirəm ki, biz Birləşmiş Krallıqda istehsal olunmuş 150 artilleriya silahı təqdim edirik. Bu silahlar bir neçə həftədən sonra Ukraynaya göndəriləcək. Biz həmçinin Danimarka ilə birgə maliyyələşdirilən “Qreytful” adlı yeni mobil hava hücumundan müdafiə sistemini də tədarük edəcəyik", - Starmer bildirib.