Bu gün asayişimizin keşiyində duran Azərbaycan Polisinin peşə bayramıdır.

Bu gün asayişimizin keşiyində duran Azərbaycan Polisinin peşə bayramıdır.


Respublikamızın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.
Məqsəd cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək olub. 1998-ci ildən isə iyulun 2-si prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
Hazırda cəmiyyətimizin bütün sahələri üçün önəmli olan, ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşların asayişini təmin edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün gecə-gündüz demədən çalışır polislərimiz. 
Bu günkü gündə fəxrlə deyə bilərik ki, ölkəmizin vicdanla işini yerinə yetirən polisləri var.
Onlardan biri də Daşkəsən rayon Yol Polisinin Komandiri Cənab Orxan Bayramzadədir. O, xidmət göstərdiyi ərazidə asayişin keşiyində ayıq-sayıq dayanan nümunəvi polislərimizdəndir. Gənc polislərə də daim üzərlərinə götürdükləri öhdəliklərini şərəflə, vicdanla icra etməyi tövsiyə və tələb edən cənab Bayramzadə hər şeydən əvvəl, cəmiyyətimizdə vətənpərvərlik hissinin aşılanmasında müstəsna xidmətlər göstərmişdir. 
Bu və digər nümunəvi xidmətlərinə görə, 2 iyul – Azərbaycan polislərinin peşə bayramı münasibəti ilə Daşkəsən rayon Yol Polisinin Komandiri  Bayramzadə Orxan Natiq oğlu başda olmaqla, bütün polislərimizi təbrik edirik!
Kristal TV-nin rəhbərliyi və kollektivi komandir Cənab Orxan Bayramzadəyə məsuliyyətli işlərində uğurlar diləyir!
Bayramınız mübarək!


Oxşar xəbərlər