Bu gün bürclər nə vəd edir?

Bu gün bürclər nə vəd edir?

Kristal TV Milli.az saytına istinadən günün qoroskopunu təqdim edir: 

Qoç - Günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Vaxt pis keçmir. Bir sıra məsələlərin həllinin öhdəsindən asanlıqla gələcəksiniz. Ən çətin problemlərin çözülməsi zamanı standart düşünməyin. Yaxın ətrafınızdakı insanları yeni ideyalar və dəqiq müşahidələrlə təəccübləndirə bilərsiniz. Maraqlı işgüzar təklif alacaqsınız. Həmin təklifi qəbul etsəniz, gəlirləriniz əhəmiyyətli dərəcədə artacaq.

Günün ikinci yarısında görüləsi işlər çox olsa da, dəyər verdiyiniz insanlarla ünsiyyət üçün vaxt tapın. Emosiyalarınıza hakim olun. Ən xırda məsələlərə görə qıcıqlanmayın. Əks halda mübahisə və münaqişələr istisna deyil.

Buğa - Əvvəl başladığınız, yarımçıq qalan işləri başa vurmamış yeni işlərə başlamayın. Yalnız belə olarsa, qarışıqlıq və problemlərin qarşısını ala bilərsiniz. Yaşam arealı ilə bahəm, çalışdığınız məkanda nizama və qaydaya nail olun. Kimsə sizi pedant saya bilər. Amma məhz sizin detallara və xırdalıqlara diqqətiniz bir sıra müşküllərin yaranmasına mane olacaq.

Nüfuzlu insanlarla təmaslarda diqqətli və təmkinli olun. Qürurlu davranın, sınmayın, əyilməyin.

Günün ikinci yarısında alış-veriş zamanı bədxərclik etməyin. Bahalı əşyalar almağa dəyməz. Günün ikinci yarısında sevdiyiniz insana xoş sürpriz etmək imkanını əldən verməyin.

Əkizlər - Günün müəyyən zamanlarında ciddi çətinliklər yaranacaq. Buna rəğmən zaman ümumən uğurludur. Peşəkar fəaliyyət sahəsindəki öhdəliklər və işlərin öhdəsindən yaxşı gələcəksiniz. Rəqiblərlə bədxahlarınızı qabaqlamağa çalışın. Liderlik məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. İşdə irəliləyə bilərsiniz.

Günün ikinci yarısında şəxsi münasibətlərdə lider olun. Bu, fikir ayrılıqları və ixtilaflara səbəb olmayacaq. Qərarlarınızın doğru, ideyalarınızın yaxşı, planlarınızın isə həyata keçirilməyə layiq olduğunu göstərin.

Dəvət aldığınız toplantıda maraqlı tanışlıqlar ola bilər.

Xərçəng - Səbrli, təmkinli olun. Soyuqqanlı davranın və bilin ki, qarşınıza qoyduğunuz məqsədlərə dərhal çatmayacaqsınız. İşdə ixtilaflar və ya problemlər yarana bilər. Planlaşdırılmış görüşlərdən bəzilərini ertələmək, işləri təxirə salmalı olacaqsınız. Təmkinli davransanız, bütün çətinlikləri dəf edəcəksiniz. Üstəlik, yeni müttəfiqləriniz ola bilər. Onların yardımları və dəstəyi ilə bədxahlarınızı üstələyəcəksiniz.

Günün ikinci yarısı insanların gur olduğu məclislərə və ya toplantılara qatılmaq üçün əlverişli deyil. Asudə vaxtınızı ən yaxın insanların əhatəsində keçirin.

Səhhətinizə fikir verin. Kulinar eksperimentlərdən imtina edin, adət etdiyiniz yeməklərə üstünlük verin.

Şir - Günün ilk yarısında ehtiyatlı olun. Çətin, gərgin zamandır. Bu yaxınlarda birgə fəaliyyətlə bağlı danışıb razılığa gəldiyiniz insanlar sözlərinin üstündə durmayacaqlar. Hətta inanılmış müttəfiqlər belə sizi pərişan edə bilərlər.

Peşəkar fəaliyyət sahəsi ilə bağlı mübahisələrə qatılmayın. Yalnız ciddi zərurət yaranarsa, təşəbbüslə çıxış edin.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq, situasiya yaxşılaşmağa başlayacaq.

Axşam saatlarınızı yaxınlarınızla, yaxud da sevdiyiniz insanla keçirin.

Ünsiyyət xoş hisslər yaradacaq.

Qız - Çox uğurlu gündür. Potensial sifarişçi, iş yeri sahibi ilə görüş, müttəfiq və həmfikir axtarışları üçün pis gün deyil. Yeni tanışlıq yaxın gələcəkdə sizə pozitiv emosiyalar bəxş edəcək.

Günün ikinci yarısında özünüzü rahat hiss edin. Xarici görkəminizə fikir verin. Səfər, səyahət, gəzinti pis alınmayacaq. Axşam saatları etiraflar üçün pis zaman deyil.

Sevdiyiniz insanla təmaslarda həssas, qayğıkeş olun.

Tərəzi - Narahatlıq və təlaş üçün heç bir real səbəb olmasa da bu gün emosiyalarınız tarıma çəkilə bilər. Yaşananların səbəbi emosional fonun qeyri-stabilliyidir. Məhz bu səbəbdən özünüzü əmin hiss etmir, şübhəli davranır, ən xırda məsələləri ürəyinizə salırsınız. Özünüzü ələ alın, situasiyanı obyektiv dəyərləndirin.

Aydın olacaq ki, gün o qədər də pis deyil. Günün II yarısında anlaşma və sövdələşmələrə varmaq, alış-veriş etmək olar. Maliyyə və əmlak məsələlərinin həlli çətin deyil. Ailə büdcəsini məntiqlə idarə etdirin. Yaxınlarınızla münasibətlərdə süni problemlər yaratmayın. Sevdiyiniz insan sizi dəstəkləyəcək.

Əqrəb - Önəm verdiyiniz, vacib işləri günün ilk yarısında görün. Məhsuldarlıq səviyyəsi məhz bu zaman daha yüksəkdir. Saatlar keçdikcə işgüzar aktivliyin səviyyəsi aşağı düşəcək. Süstlük və tənbəlliyin öhdəsindən gəlin. Rutin, cari məsələlərin reallaşdırılmasına diqqətlə yanaşın.

Günün ikinci yarısı maraqlarınızı və həyata baxışlarınızı bölüşən insanlarla ünsiyyət üçün əlverişlidir. Dostlarla görüşlər pis keçməyəcək. Romantik görüşləri unudun. Onlar sizin gözləntilərinizi doğrultmayacaqlar.

Axşam saatlarında xoş xəbər alacaqsınız.

Oxatan - Yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil. Adi günlərdən fərqli olaraq çətinliklərin sayı çoxdur. Hətta ən adi işləri sona çatdırmaqda problemlər yaranır. Bədxahlarınız aktivləşəcək. Məqsədə doğru irəliləyişinizdə maneələr yaradılması üçün hiyləgərliklər, intriqalar olacaq. Tələyə düşməmək üçün ehtiyatlı və sayıq olun.

Günün ikinci yarısında diqqətli olun. Yaşam potensialının səviyyəsi aşağıdır. Adi günlərlə müqayisədə daha tez yorulursunuz. Əhvalınız da korlana bilər. Maraqlandığınız və ya sevdiyiniz işlə məşğul olsanız, neqativ emosiyaların öhdəsindən gələ bilərsiniz.

Oğlaq - İşgüzar aktivliyiniz yüksək olmalıdır. İşdə ciddi uğurlara nail olmaq, karyera müstəvisində irəliləmək imkanları var. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə sərinlik yaranarsa, onu aradan qaldırın. Yeni müttəfiqlər və yardımçılar aramaq üçün əlverişli gündür.

Günün II yarısında müstəqil çalışsanız, yaxşı nəticələrə nail ola bilərsiniz.

Yaxın gələcəklə bağlı ümumi planları yaxınlarınızla müzakirə edə bilərsiniz. Kompromiss variant tapmaq, tərəflərin hamısını təmin edəcək həlli aramaq olar.

Axşam saatlarını aktiv keçirin, fiziki iş və ya idmanla məşğul olun.

Dolça - Uğurlu və rəvan gündür. Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Dəyər verdiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün izafi səy göstərməyə dəyməz. Hər şey öz axarında olmalıdır.

Yeni münasibətlərə başlamaq üçün düşərli zamandır. Onlar harmonik olacaq, sizi sevindirəcək.

Günün ikinci yarısında səfər və ya səyahət xoş təəssürat yaradacaq. Evdən uzaqda alış-verişin nəticələri sizi sevindirəcək.

Maliyyə fonu uğurludur. Yaxşı gəlir əldə edə bilərsiniz.

Balıqlar - Uzunmüddətli və genişmiqyaslı işlərə başlamaq üçün əla zamandır. Cəsarətli ideyanı reallaşdıra bilərsiniz. Uğura nail olmağa yalnız əvvəllər yol verdiyiniz fəsadların aradan qaldırılması, yanlışlıqların sonuclarının dezavuasiya olunması maneçilik yarada bilər. Yeni tapşırıqlar və əlavə öhdəliklər peyda olur. Narahat olmayın. İşə şövqlə başlayın. Aktiv, enerjili olun.

Günün ikinci yarısında maliyyə durumu yaxşılaşacaq. Əhəmiyyətli gəlir əldə edə bilərsiniz. Alış-veriş pis olmayacaq. Yaxınlarınıza hədiyyələr ala bilərsiniz.

Oxşar xəbərlər