Bakıdan uzaqda Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşları martın 10-da respublikanın ikinci böyük şəhəri Gəncədə keçiriləcək Rusiya prezidenti seçkilərində erkən səsvermədə iştirak edə bilərlər.
Bildirilir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
"Paytaxt rayonundan xeyli aralıda yerləşən Rusiya Federasiyası vətəndaşlarının rahatlığı üçün Gəncə şəhərində erkən səsvermə imkanı təmin edilib. 10 mart 2024-cü il saat 10:00-dan 18:00-dək qədər şəhər administrasiyasında səs vermək mümkündür", - məlumatda deyilir.
Martın 17-də isə Azərbaycanda bir seçki məntəqəsi fəaliyyət göstərəcək və bu məntəqə Rusiyanın Bakıdakı səfirliyinin konsulluq şöbəsinin binasında açılacaq.
Səsvermə yerli vaxtla saat 08:00-dan 20:00-dək keçiriləcək. Rusiya vətəndaşları etibarlı xarici və ya daxili pasport təqdim etməklə səs verə biləcəklər. Federasiya Şurası Rusiya prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib.