"Onu yazan azərbaycanı deyil. Ayıb olsun onu yazana. Adam da qəlbi yaralı olan bir şəxsə belə tərbiyyəsiz sözlər yazar".
Bunu açıqlamasında Əməkdar artist Firuzə İbadova sosial şəbəkədə Xalq artisti Nazpəri Dostəliyevanın ünvanına yazılan "sən niyə Zöhrə Abdullayeva kimi ölmürsən" ifadəsinə münasibət bildirərkən deyib. Məlumata görə, müğənninin fikirincə, burada məqsəd onun dərdini yadına salmaq, sənətdən uzaqlaşdırmaqdır:
"Nazpəri xanım gözəl sənətkardır, niyə ölməlidir? Dəyəri, sənəti var. Bunu yazanı qınayıram. Allaha üsyan etmək olmaz. Nazpəri xanımın digər övladı, nəvələri var, sənin yazmağınla ölməlidir? Canlı adamı öldürmək olmaz. Zöhrə xanıma Allah rəhmət eləsin, hər kəsin alın yazısı var. Onun da xəstəliyi var idi. Ölümünü övlada bağlamaq olmaz". Əməkdar artist hesab edir ki, bunu yazanlar Nazpəri Dostəliyevaının səhnəyə qayıtmasını istəməyən insanlardır: