Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 22 nəfər ölüb.
"Kristal Tv" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
İnsan itkisi KvaZulu-Natal və Şərqi Keyp əyalətlərində qeydə alınıb. 50-dən çox sakin yaralanıb.
Bundan əvvəl 18 nəfərin öldüyü bildirilirdi.
Daşqınlar başlayandan 2 mindən çox insan yüksək riskli ərazilərdən təxliyə edilib.